"Mercedes-Benz" istehsalı dayandırır: Almaniyadakı zavodları bağlanır!
- Вчера, 16:00
- dunya
- 0

Almaniyanın avtomobil nəhəngi "Mercedes-Benz" xərclərin azaldılmaması təqdirdə ölkə daxilindəki sərmayələrini dayandırmağı və yeni modellərin istehsalını xaricə köçürməyi nəzərdən keçirir.
Bu barədə şirkətin yaydığı xəbərdarlıqda bildirilib.
Məlumata görə, qərara təsir edən əsas amillər maliyyə göstəricilərinin kəskin pisləşməsidir. Belə ki, üçüncü rübdə avtomobil bölməsinin əməliyyat mənfəəti yarıdan çox azalaraq 560 milyon avroya düşüb, Çin bazarındakı satışlar isə 31% azalıb.
Yaranmış böhran fonunda "Mercedes-Benz" dekabr ayından etibarən Almaniyadakı müəssisələrində kompensasiyalı könüllü işdənçıxarma proqramını yenidən bərpa edəcək.































