Bizimhedef.az » dunya » Paşinyanın “banan macərası”: Antalyada cibinə qoydu, Dublində çıxardı

Paşinyanın “banan macərası”: Antalyada cibinə qoydu, Dublində çıxardı

  • Вчера, 11:02
  • dunya
  • 0
Paşinyanın “banan macərası”: Antalyada cibinə qoydu, Dublində çıxardı


Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyədən İrlandiyaya səfəri zamanı paylaşdığı iki video gündəm olub və o, gülüş obyektinə çevrilib. O, noyabrın 11-də Antalya şəhərində keçirilən COP31 Liderlər Sammitində iştirak etdikdən sonra İrlandiyanın paytaxtı Dublinə yola düşüb. Baş nazir Antalyadakı mehmanxanada əşyalarını yığarkən çəkdiyi videonu sosial şəbəkə hesabında “Əşyalarımı yığıram” qeydi ilə paylaşıb. Görüntülərdə N.Paşinyan səfərə hazırlaşarkən masanın üzərindəki bananı götürərək pencəyinin cibinə qoyur. O, gülümsəyərək “Bu da yolda lazım olacaq” deyir. Ermənistanın Baş naziri Dublinə çatdıqdan sonra “Dublinə çatdıq” qeydi ilə daha bir video yayımlayıb. Bu dəfə o, yeni məkanda bananı yenidən çıxararaq kameraya göstərib. Beləliklə, N.Paşinyan Baş naziri iki ölkədə çəkdiyi videoları bananla əlaqələndirərək səfərinin qeyri-rəsmi, yumoristik tərəfini izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, Paşinyan noyabrın 12-13-də Dublində keçirilən Avropa Siyasi Birliyinin 9-cu Zirvə toplantısında iştirak etmək üçün İrlandiyaya səfər edib. Səfər çərçivəsində onun xarici ölkələrin rəhbərləri ilə ikitərəfli görüşləri də nəzərdə tutulub.
Oxşar xəbərlər
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Texnologiya