Bizimhedef.az » dunya » Netanyahu ilə Tramp arasında “cəhənnəmə bənzəyən” söhbət - Baş nazir prezidenti razı sala bilməyib?

Netanyahu ilə Tramp arasında “cəhənnəmə bənzəyən” söhbət - Baş nazir prezidenti razı sala bilməyib?

  • Сегодня, 13:39
  • dunya
  • 0
Netanyahu ilə Tramp arasında “cəhənnəmə bənzəyən” söhbət - Baş nazir prezidenti razı sala bilməyib?


İsrailin baş naziri Benyamin Netanyahu həftəsonu ABŞ prezidenti Donald Trampla İrana qarşı hərbi əməliyyatların bərpası ilə bağlı "qeyri-adi dərəcədə çətin və gərgin" söhbət aparıb.

Məlumatı Ynet xəbər portalı mənbələrə istinadən yayıb.

Bildirilir ki, söhbət "cəhənnəmkimi qızğın mübahisə"yə bənzəyib.

Baş nazirin ofisi Ynet-in sorğusuna cavab olaraq bu məlumatı təkzib edərək onu "saxta xəbər" adlandırıb. Yüksək vəzifəli İsrail rəsmisi telefon danışığını nəşrə təsdiqləyib, lakin Netanyahu ilə Tramp arasındakı söhbətin "heç də çətin olmadığını" bildirib.

Bundan əvvəl Britaniyanın "Financial Times" qəzeti bir mənbəyə istinadən Netanyahunun demək olar ki, hər gün Trampa zəng edərək İrana qarşı hərbi əməliyyatları bərpa etməsini istədiyini bildirmişdi.
Oxşar xəbərlər
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Texnologiya