Bizimhedef.az » hadise » DTX-nin Naxçıvanda saxladığı vəzifəli şəxsin kimliyi MƏLUM OLDU

DTX-nin Naxçıvanda saxladığı vəzifəli şəxsin kimliyi MƏLUM OLDU

  • 25-11-2022, 10:43
  • hadise
  • 134 783
DTX-nin Naxçıvanda saxladığı vəzifəli şəxsin kimliyi MƏLUM OLDU


Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə müstəntiqin Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu barəsində vəsatətinə baxılıb.

Səbail Rayon Məhkəməsində keçirilən prosesdə vəsatət təmin edilib.

Məhkəmədə Mənsur Əsgərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, cinayət işi üzrə araşdırmalar Komitədə “xüsusilə külli miqdarda” mənimsəmənin üstünü açıb. Belə ki, Mənsur Əsgərov qabaqcadan əlbir olan bir qrup şəxs halında 132 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur. İttihamın mahiyyətindən görünür ki, NMR DGK vəzifəli şəxsləri dövlət gömrük rüsumlarının rəsmiləşdirildiyi ümumi elektron sistemdən əlavə, rəsmiləşdirilmədən idxal olunan mallara görə qeyri-rəsmi ikinci yığım sistemi yaradıblar.

Cinayət işinin gedişatı barədə əlavə xüsusatlar dəqiqləşdirilir.
Oxşar xəbərlər
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Texnologiya