Bizimhedef.az » siyaset » Kərim Vəliyev vəzifəli şəxslərə tapşırıqlar verdi

Kərim Vəliyev vəzifəli şəxslərə tapşırıqlar verdi

  • 18-03-2022, 13:49
  • siyaset
  • 173 919
Kərim Vəliyev vəzifəli şəxslərə tapşırıqlar verdi


Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Quru Qoşunlarının idarə heyəti ilə xidməti müşavirə keçirib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, görülən işlərin təhlilini aparan Baş Qərargah rəisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Müşavirədə döyüş hazırlığının və hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daim yüksək səviyyədə saxlanılması, eləcə də bölmələrin və idarəetmə məntəqələrinin praktiki məşq etdirilməsi ilə bağlı aidiyyəti üzrə vəzifəli şəxslərə konkret tapşırıqlar verilib.
Oxşar xəbərlər
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Texnologiya