Bizimhedef.az » dunya » Beşqat Olimpiya çempionu prezidentliyə namizəd olacağını açıqladı

Beşqat Olimpiya çempionu prezidentliyə namizəd olacağını açıqladı

  • Сегодня, 09:58
  • dunya
  • 0
Beşqat Olimpiya çempionu prezidentliyə namizəd olacağını açıqladı


Fransanın əfsanəvi cüdoçusu, beşqat Olimpiya çempionu Teddi Riner ölkədə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini bəyan edib.

Məşhur idmançı sosial media hesabında yayımladığı videoda özünü nə sağçı, nə də solçu hesab etdiyini, əsas məqsədinin isə cəmiyyətdə birliyi bərpa etmək olduğunu bildirib.

Siyasi təcrübəsi və partiya dəstəyi olmayan Rinerin bu qərarı analitiklər tərəfindən gözlənilməz gediş kimi dəyərləndirilir.

Ölkədə artan dövlət borcuna, həyat bahalığına və sosial bərabərsizliyə diqqət çəkən çempion idmançı bölücü ritorikadan uzaq duracağını vurğulayıb. O, idman karyerasındakı mübariz ruhuna istinad edərək Fransaya daim mübahisə edən peşəkar siyasətçilər deyil, xalqı vahid məqsəd ətrafında birləşdirən səmimi vizyonun lazım olduğunu söyləyib.

Fransa seçki qanunvericiliyinə əsasən, Qvadelupa mənşəli idmançının namizədliyinin rəsmən qeydə alınması üçün yerli və milli səviyyədə seçilmiş vəzifəli şəxslərdən ən azı 500 imza toplamalıdır. Riner sosial ümidi bərpa etmək naminə sonadək mübarizə aparacağını qeyd edib.
Oxşar xəbərlər
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Texnologiya