Bizimhedef.az » sosial » 9 gün iş olmayacaq - Tarixlər açıqlandı

9 gün iş olmayacaq - Tarixlər açıqlandı

  • Сегодня, 14:22
  • sosial
  • 0
9 gün iş olmayacaq - Tarixlər açıqlandı


2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub.

Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazara təsadüf edir. Bundan başqa, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü də rəsmi qeyri-iş günüdür.

Beləliklə, beşgünlük iş həftəsi ilə çalışanlar dekabr ayında 22 gün işləyəcək, 9 gün isə istirahət edəcəklər.

Altıgünlük iş rejimində çalışanlar üçün isə ay ərzində 5 qeyri-iş günü nəzərdə tutulub.
Oxşar xəbərlər
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Texnologiya