Bizimhedef.az » dunya » Hörmüz boğazında GƏRGİN ANLAR: İran raketi ABŞ dəniz piyadalarının gəmisini vurdu, yaralılar var!

Hörmüz boğazında GƏRGİN ANLAR: İran raketi ABŞ dəniz piyadalarının gəmisini vurdu, yaralılar var!

  • Вчера, 12:08
  • dunya
  • 0
Hörmüz boğazında GƏRGİN ANLAR: İran raketi ABŞ dəniz piyadalarının gəmisini vurdu, yaralılar var!


Hörmüz boğazında İranın gəmiəleyhinə qanadlı raketinin ABŞ dəniz piyadalarının olduğu gəmiyə zərbə endirməsi nəticəsində səkkiz amerikalı hərbçi yaralanıb.

Hadisə sentyabrın 14-də baş versə də, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bu faktı uzun müddət ictimaiyyətdən gizli saxlamağa üstünlük verib.

"NBC News" telekanalının amerikalı rəsmilərə istinadən verdiyi məlumata görə, hücuma hərbi gəmi deyil, ABŞ ordusu tərəfindən istifadə olunan mülki tipli dəniz gəmisi məruz qalıb. Xəsarət alan dəniz piyadalarının tüstüdən zəhərləndiyi və kəllə-beyin travmaları, o cümlədən контузия əlamətləri aldığı bildirilir.

Məlumata əsasən, yaralı hərbçilər ilkin tibbi yardım aldıqdan sonra artıq xidməti vəzifələrinin icrasına qayıdıblar. Pentaqon hücumdan yalnız 10 gün sonra bu insidentlə bağlı məlumatları itkilər reyestrinə daxil edib.

Statistik göstəricilərə görə, ilin əvvəlindən bəri davam edən münaqişə çərçivəsində 800-dən çox ABŞ hərbçisi müxtəlif dərəcəli xəsarətlər alıb.
Oxşar xəbərlər
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Texnologiya