Bizimhedef.az » dunya » “Ruslar olmasa, yiyəsiz qalacağıq” – Kremlin adamı dediyi sözü yedi

“Ruslar olmasa, yiyəsiz qalacağıq” – Kremlin adamı dediyi sözü yedi

  • Вчера, 13:16
  • dunya
  • 0
“Ruslar olmasa, yiyəsiz qalacağıq” – Kremlin adamı dediyi sözü yedi


“Güclü Ermənistan” Partiyasının lideri Samvel Karapetyan Rusiyanın 102-ci hərbi bazasının ölkədən çıxarılmasının Ermənistanın təhlükəsizliyini sual altında qoyacağını bildirib.

Karapetyan bu barədə 24News-a müsahibəsində daha əvvəl Ermənistanın Rusiya bazası olmadan “yiyəsiz qalacağı” barədə səsləndirdiyi fikrə aydınlıq gətirərkən danışıb.

Karapetyan bildirib ki, onun sözləri Ermənistan dövlətinin deyil, ölkənin təhlükəsizlik sisteminin vəziyyətinə aid olub.

“Dövlət yiyəsiz qalmayacaq. Ermənistanın yiyəsi var – Ermənistan xalqı. Amma Ermənistanın təhlükəsizliyi sual altında qalacaq, çünki Rusiyanın hərbi bazası təhlükəsizlik sisteminin tərkib hissəsi hesab olunur”, – Karapetyan deyib.

Onun fikrincə, alternativi olmadan artıq formalaşmış təhlükəsizlik sistemindən imtina etmək uzaqgörən addım deyil.

Karapetyan daha əvvəl Rusiyanın Ermənistandakı rolunu gələcəkdə Türkiyənin əvəz edə biləcəyini də söyləyib.

Ermənistanın baş naziri Nikol Paşinyan isə Rusiyanın 102-ci hərbi bazasının ölkədə mövcudluğunun həyati zərurət olmadığını bildirib. Onun sözlərinə görə, Moskva bazanı çıxarmaq qərarı verərsə, İrəvan buna etiraz etməyəcək.
Oxşar xəbərlər
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Texnologiya