Bizimhedef.az » iqtisadiyyat » Tahir Gözel bu bankın rəhbəri oldu

Tahir Gözel bu bankın rəhbəri oldu

Tahir Gözel bu bankın rəhbəri oldu


Azərbaycan Sənaye Bankı” ASC-nin Müşahidə Şurasının sədri dəyişib.

“APA-Economics” xəbər verir ki, Tahir Gözel bankın Müşahidə Şurasının yeni sədri seçilib.
O bu vəzifədə qardaşı Əhməd Gözeli əvəz edib. Ə.Gözel 2022-ci ildən “Azərbaycan Sənaye Bankı”nın Müşahidə Şurasına rəhbərlik edirdi.

Müşahidə Şurasının digər üzvləri Alireza Firouzi Heydaranlou və Şirin Hakan Alidir.

Qeyd edək ki, Tahir Gözel 2026-cı ilin aprelində “Azersun Holding”in Müşahidə Şurasının sədri seçilib. O həmçinin “Qarabağ” Futbol Klubunun prezidentidir.

“Azərbaycan Sənaye Bankı”nın nizamnamə kapitalı 60 milyon manatdır. Bankın əsas səhmdarı 98,43 faiz payla “Anadolu Investment Company” MMC-dir.
Oxşar xəbərlər
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Texnologiya