Bizimhedef.az » dunya » Paşinyan Rusiya ilə köhnə dövrün bitdiyini elan etdi – Zaxarova çaş-baş qaldı

Paşinyan Rusiya ilə köhnə dövrün bitdiyini elan etdi – Zaxarova çaş-baş qaldı

  • Сегодня, 16:00
  • dunya
  • 0
Paşinyan Rusiya ilə köhnə dövrün bitdiyini elan etdi – Zaxarova çaş-baş qaldı


Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya ilə münasibətlərin əvvəlki kimi olmayacağı barədə bəyanatı Moskvada reaksiya doğurub.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı Paşinyanın bu sözlərlə konkret nəyi nəzərdə tutduğunu anlamaq lazım olduğunu bildirib.

“Bəlkə o, münasibətlərin yalnız daha yaxşı olacağını nəzərdə tutub. Gəlin, bununla bağlı dəqiqləşdirməni gözləyək və sonra şərh edək”, – Zaxarova deyib.

Xatırladaq ki, Paşinyan yaxın günlərdə “Bun TV”yə müsahibəsində Ermənistan-Rusiya münasibətlərinin qaçılmaz şəkildə dəyişəcəyini və artıq əvvəlki kimi olmayacağını bildirmişdi. “Kim hakimiyyətdə olursa-olsun, Ermənistan və Rusiya arasındakı münasibətlər əvvəlki kimi olmayacaq”, – deyə o vurğulamışdı.

Paşinyan bunu regiondakı vəziyyətin dəyişməsi ilə əlaqələndirmişdi. Onun sözlərinə görə, Rusiya ilə münasibətlərin əvvəlki formatda qalması üçün Ermənistan yenidən münaqişəyə cəlb olunmalıdır.
Oxşar xəbərlər
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Texnologiya