Главная > iqtisadiyyat > Tahir Gözel bu bankın rəhbəri oldu
Tahir Gözel bu bankın rəhbəri oldu18-09-2026, 12:12. Разместил: vasif |
![]() Azərbaycan Sənaye Bankı” ASC-nin Müşahidə Şurasının sədri dəyişib. “APA-Economics” xəbər verir ki, Tahir Gözel bankın Müşahidə Şurasının yeni sədri seçilib. O bu vəzifədə qardaşı Əhməd Gözeli əvəz edib. Ə.Gözel 2022-ci ildən “Azərbaycan Sənaye Bankı”nın Müşahidə Şurasına rəhbərlik edirdi. Müşahidə Şurasının digər üzvləri Alireza Firouzi Heydaranlou və Şirin Hakan Alidir. Qeyd edək ki, Tahir Gözel 2026-cı ilin aprelində “Azersun Holding”in Müşahidə Şurasının sədri seçilib. O həmçinin “Qarabağ” Futbol Klubunun prezidentidir. “Azərbaycan Sənaye Bankı”nın nizamnamə kapitalı 60 milyon manatdır. Bankın əsas səhmdarı 98,43 faiz payla “Anadolu Investment Company” MMC-dir. Вернуться назад |