Bizimhedef.az » dunya » Trampdan atəşkəs açıqlaması

Trampdan atəşkəs açıqlaması

  • 16-01-2025, 11:18
  • dunya
  • 40 819
Trampdan atəşkəs açıqlaması


ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp İsrail və HƏMAS arasında Qəzzada atəşkəslə bağlı razılığın əldə edilməsini alqışlayıb.

Donald Tramp bununla bağlı açıqlama yayıb: "Yaxın Şərqdəki məhbuslarla bağlı razılıq əldə olunub (Qəzzada atəşkəs). Qısa müddətdə azad olunacaqlar. Təşəkkür edirəm".

Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu da HƏMAS-la əldə olunana razılşamaya görə, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampa zəng edərək göstərdiyi dəstəyə görə, ona təşəkkürünü bildirib. Bu barədə İsrail hökumətinin başçısının ofisi məlumat yayıb.

“Baş nazir ABŞ-nin yeni seçilmiş prezidenti Trampa Qəzzada saxlanılan yəhudi girovların azad edilməsində göstərdiyi köməyə və İsrailə onlarla girov və onların ailələrinin iztirablarına son qoymasına kömək etdiyinə görə təşəkkür edib", - məlumatda deyilir.

Netanyahu eyni zamanda ABŞ-nin hazırkı prezidenti Co Baydenə telefonla zəng edərək, ona girovlarla bağlı razılaşmanı təşviq etdiyinə görə təşəkkür edib.
Oxşar xəbərlər
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Texnologiya