Главная > dunya > Trampdan atəşkəs açıqlaması
Trampdan atəşkəs açıqlaması16-01-2025, 11:18. Разместил: vasya |
![]() ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp İsrail və HƏMAS arasında Qəzzada atəşkəslə bağlı razılığın əldə edilməsini alqışlayıb. Donald Tramp bununla bağlı açıqlama yayıb: "Yaxın Şərqdəki məhbuslarla bağlı razılıq əldə olunub (Qəzzada atəşkəs). Qısa müddətdə azad olunacaqlar. Təşəkkür edirəm". Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu da HƏMAS-la əldə olunana razılşamaya görə, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampa zəng edərək göstərdiyi dəstəyə görə, ona təşəkkürünü bildirib. Bu barədə İsrail hökumətinin başçısının ofisi məlumat yayıb. “Baş nazir ABŞ-nin yeni seçilmiş prezidenti Trampa Qəzzada saxlanılan yəhudi girovların azad edilməsində göstərdiyi köməyə və İsrailə onlarla girov və onların ailələrinin iztirablarına son qoymasına kömək etdiyinə görə təşəkkür edib", - məlumatda deyilir. Netanyahu eyni zamanda ABŞ-nin hazırkı prezidenti Co Baydenə telefonla zəng edərək, ona girovlarla bağlı razılaşmanı təşviq etdiyinə görə təşəkkür edib. Вернуться назад |