Suriya hakimiyyəti fotoda qadın nazirin üzünü gizlətdi
- 6-01-2025, 09:50
- dunya
- 26 714

Suriyanın yeni hakimiyyət orqanlarının Dəməşq görüşündən sonra dərc etdiyi fotoda Almaniyanın xarici işlər naziri Annalena Berbokun üzü blur edilib.
“Qafqazinfo” xəbər verir ki, Almaniyanın “N-tv” telekanalı buna diqqət çəkib.
Qeyd edək ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok ötən gün Dəməşqdə Suriyanın lideri Əhməd əl-Şara ilə görüşüb. Görüş zamanı Əhməd əl-Şara qadın nazirin əlini sıxmayıb.


































