Главная > dunya > Suriya hakimiyyəti fotoda qadın nazirin üzünü gizlətdi
Suriya hakimiyyəti fotoda qadın nazirin üzünü gizlətdi6-01-2025, 09:50. Разместил: vasya |
![]() Suriyanın yeni hakimiyyət orqanlarının Dəməşq görüşündən sonra dərc etdiyi fotoda Almaniyanın xarici işlər naziri Annalena Berbokun üzü blur edilib. “Qafqazinfo” xəbər verir ki, Almaniyanın “N-tv” telekanalı buna diqqət çəkib. Qeyd edək ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok ötən gün Dəməşqdə Suriyanın lideri Əhməd əl-Şara ilə görüşüb. Görüş zamanı Əhməd əl-Şara qadın nazirin əlini sıxmayıb. Вернуться назад |