Xanış Abasov: İlham Əliyev tərəfindən tibbi xidmətin keyfiyyətinin daha da yüksəldilməsi və eyni zamanda tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilir
- 24-01-2023, 01:11
- sosial
- 173 921

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Salyan Rayonlararası Ağciyər xəstəlikləri xəstəxanasının baş həkimi Xanış Abasovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Salyan Rayonlararası Ağciyər xəstəlikləri xəstəxanasının baş həkimi Xanış Abasovdur.
Salyan Rayonlararası Ağciyər xəstəlikləri xəstəxanasının baş həkimi Xanış Abasov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Xanış Abasov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Salyan Rayonlararası Ağciyər xəstəlikləri xəstəxanasının baş həkimi Xanış Abasova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Salyan Rayonlararası Ağciyər xəstəlikləri xəstəxanasının baş həkimi Xanış Abasov - Ölkəmizin iqtisadi gücü artdıqca bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də mühüm dəyişikliklər, irəliləyişlər müşahidə olunur. Ölkə səhiyyəsinin dinamik inkişafı və tibbi xidmətin əlçatanlığının təmin olunması vətəndaşların sağlamlığının qorunmasına geniş imkanlar yaradır. Bu sahədə islahatların aparılması, genişmiqyaslı layihələrin reallaşdırılması dövlət başçısının müəyyənləşdirdiyi inkişaf strategiyasının əsas tərkib hissəsidir. Həyata keçirilən uğurlu islahatlar, respublikamızın sosial-iqtisadi inkişafı cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, səhiyyə sistemində də öz müsbət nəticələrini verir.
Prezident İlham Əliyevin əhalinin sağlamlığının təminatına və səhiyyənin inkişafının dünya standartları səviyyəsinə yüksəlməsinə istiqamətlənmiş Sərəncam və tapşırıqlarına əsasən ölkəmizdə yeni, müasir texnologiyalarla təmin olunmuş tibb müəssisələri yaradılır, tibb ocaqlarının maddi-texniki bazası möhkəmləndirilir.
Bu gün ölkə başçısı İlham Əliyev tərəfindən tibbi xidmətin keyfiyyətinin daha da yüksəldilməsi və eyni zamanda tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilir.
Bütün bunlar isə Azərbaycan dövlətinin vətəndaşlarının sağlamlığını hər şeydən üstün tutmasını və bu sahəyə diqqətin daim artırılmasını göstərir.































