Bizimhedef.az » bolge » Allahyar müəllim: Lənkəranda çayçılıq yeni inkişaf dövrünü yaşayır

Allahyar müəllim: Lənkəranda çayçılıq yeni inkişaf dövrünü yaşayır

  • 24-01-2023, 00:35
  • bolge
  • 209 955
Allahyar müəllim: Lənkəranda çayçılıq yeni inkişaf dövrünü yaşayır


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi “Lənkəran Çay” fabrikinin rəhbəri Allahyar müəllimin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, “Lənkəran Çay” fabrikinin rəhbəri Allahyar müəllimdir.

“Lənkəran Çay” fabrikinin rəhbəri Allahyar müəllim qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Allahyar müəllim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, “Lənkəran Çay” fabrikinin rəhbəri Allahyar müəllimə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

“Lənkəran Çay” fabrikinin rəhbəri Allahyar müəllim - Lənkəran tarixən özünün yüksək keyfiyyətli ətirli çayı, düyüsü, faraş tərəvəzi, sitrus meyvələri, gözəl təbiəti və təbii ehtiyatları ilə şöhrət qazanıb. Sevindirici haldır ki, ölkə Prezidentinin davamlı diqqəti və qayğısı ilə bu gözəl ənənə bu gün də davam edir, göstərilən sahələr üzrə rayonda yüksək nəticələr əldə olunur. Çayçılıq subtropik zonada yerləşən Lənkəranda kənd təsərrüfatının prioritet istiqamətlərindəndir. Burada çayçılığın inkişafı üçün geniş imkanlar var. Rayonda fəaliyyət göstərən çayçılıq təsərrüfatları mövcud imkanlardan bacarıqla istifadə edərək bu gəlirli sahənin inkişafı üçün əməli işlər görürlər. Xüsusilə, Prezident İlham Əliyevin 2017-ci ilin sentyabr ayının 2-3-də Lənkərana səfəri və bu səfər zamanı keçirilmiş çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsinin yekunları çayçılığın inkişafına güclü təkan verib. Cənab Prezidentin müşavirədəki proqram xarakterli nitqi və kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən dövlət qayğısının daha da artması bu sahəyə yeni, işgüzar yanaşma formalaşdırıb. Nəticədə rayon iqtisadiyyatında mühüm yer tutan çay yenidən Lənkəranın simvolu kimi səslənməyə və ona şöhrət gətirməyə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunmuş 2018-2027-cı illər üçün çayçılığın inkişafına dair Dövlət Proqramının icrası ilə bağlı rayonda lazımi təşkilati tədbirlər həyata keçirilir, ilk növbədə çayçılığın inkişafı ilə bağlı təşəbbüslər şəhər İcra hakimiyyəti tərəfindən dəstəklənir, yayılmasına əlverişli şərait yaradılır. Nəticədə çay istehsalçılarında işə güclü həvəs yaranır, qabaqcıl texnologiyalar tətbiq etməklə çay istehsalının artırılması istiqamətində işlər getdikcə sürətlənir. Çay plantasiyalarının hər hektarına görə fermerlərə 700 manat subsidiyanın ödənilməsi çaybecərən sahibkarlarda əlavə stimul yaradıb. Nəticədə rayonda çay plantasiyaları genişləndirilərək 641 hektara çatdırılıb. Bunun da 483 hektarı son illərdə salınmış yeni çay plantasiyalarıdır.
Oxşar xəbərlər
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Texnologiya