Bizimhedef.az » sosial » İbrahim müəllim qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

İbrahim müəllim qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

  • 9-01-2023, 11:25
  • sosial
  • 181 743
İbrahim müəllim qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Mehdiabadda Yağ-Pendir sexinin rəhbəri İbrahim müəllimin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Mehdiabadda Yağ-Pendir sexinin rəhbəri İbrahim müəllim qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən İbrahim müəllim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Mehdiabadda Yağ-Pendir sexinin rəhbəri İbrahim müəllimə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Mehdiabadda Yağ-Pendir sexinin rəhbəri İbrahim müəllim - Sosial siyasət dövlətin daxili siyasətinin tərkib hissəsi olub, onun həyata keçirdiyi sosial proqramlarda, əhalinin əsas sosial qruplarının marağını əsas götürərək, cəmiyyətdəki münasibətlərin tənzimlənməsində təzahür edir.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan sosial siyasət həm bu gün, həm də gələcəkdə insanların layiqli həyat şəraitinin təmin edilməsini, bu təminatın səviyyəsinin yüksəlməsini həyata keçirən yaxın və uzaqmüddətli proqramlar vasitəsi ilə reallaşdırılır. Bu gün həmin siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin sosial siyasəti də iki klassik prinsipə əsaslanır: sosial ədalət və sosial rifah.

Sosial ədalət ölkənin maddi və mədəni sərvətlərinə bütün vətəndaşların əlçatanlığını təmin etmək siyasətidir. Elə bir siyasət ki, imkansıza, gücsüzə, köməyə ehtiyacı olana dövlət dəstək verir, eyni zamanda cəmiyyəti də bu xoş mərama təşviq edir. Azərbaycan sosial dövlət olaraq bütün vətəndaşların sosial müdafiəsini təmin etməyi öhdəlik kimi öz üzərinə götürmüşdür.

Bununla yanaşı, xüsusi sosial müdafiəyə ehtiyacı olan qruplar var ki, müxtəlif qanunlar və proqramlar vasitəsi ilə onlara daim dəstək verilir. Bizim qanunvericilik yaşayış minimumu, ehtiyac meyarı, minimum əmək haqqı, minimum pensiya kimi hədlər müəyyən edilib ki, vətəndaşımızın yaşam şərtləri o həddən aşağı səviyyəyə enməsin.

Prezident İlham Əliyevin bu il yanavarın 5-də imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam həyata keçirilən sosial islahatların davamı kimi xarakterizə olunur. Sərəncamla minimum aylıq əməkhaqqı 2023-cü ilin yanvarın 1-dən 15 % artırılaraq 345 manata yüksəlib. Həmçinin Sərəncama əsasən, minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər artırılacaq. Son dörd ildə minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb. Bu da əhalinin güzəranının daha da yaxşılaşmasına gətirib çıxaracaqdır.

Dünyada baş verən gərgin iqtisadi proseslər, ərzaq təhlükəsizliyinin təhdid altında olduğu bir dönəmdə Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün atılan addımlar xüsusilə diqqət çəkir. Bu onun göstəricisidir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında iqtisadi layihələrdən əldə olunan vəsait ilk növbədə vətəndaşın sosial rifahının yaxşılaşdırılmasına sərf edilir.

Göründüyü kimi, son illərdə həyata keçirilən sosial tədbirlər bir daha Prezident İlham Əliyevin andiçmə mərasimində çıxışında söylədiyi “hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar” fikirlərinin yüksək səviyyədə öz əməli təsdiqini tapdığını bir daha isbatlayır.
Oxşar xəbərlər
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Texnologiya