Bizimhedef.az » bolge » Fuad bəy bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!

Fuad bəy bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!

  • 24-01-2023, 00:55
  • bolge
  • 172 311
Fuad bəy bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!


Azərbaycan səhiyyəsinin günü-gündən inkişaf etməsi göz qabağındadır. Səhiyyənin və eləcə də bütünlükdə tibb ocaqlarının tərəqqi və inkişaf etməsi haqqında danışdıqda, ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi sərəncam və fərmanların nə qədər böyük əhəmiyyət daşıdığını görürürük. Bu sərəncam və fərmanlar nəticəsində dünya standartlarına cavab verən klinika və xəstəxanalrı, ambulator və poliklinikaları, qospital və tibb məntəqələrini göz önünə gətirmək kifayətdir.
Belə ki, yeni tikilən tibb ocaqları ilə bərabər həm də yüksək səviyyədə təmir və bərpa olunmuş xəstəxanalar bu gün öz vətəndaşlarına xidmət göstərirlər. Ölkəmizdəki onlarla səhiyyə və tibb ocaqlarında fəaliyyət göstərən həkimlərin böyük bir hissəsi, dünyanın ən qabaqcıl universitet və akademiyalarında təhsillərini almış mütəxəssislərdir. Bu mütəxəssislərin əksəriyyəti təhsillərini başa vurduqdn sonra ölkəmizə qayıdaraq xalqımıza xidmət etməkdədirlər.

Bu gün biz inamla deyə bilərik ki, ölkəmizdə onlarla, bəlkə də yüzlərlə savadlı, bacarıqlı, yüksək ixtisaslı həkimlərimiz vardır. Hətta, xarıcı dövlətlərdən belə müayinə olunmaq üçün Azərbaycana gələrək bizim həkimlərimizə müraciət edən yüzlərlə vətəndaşlar vardır. Belə tibb ocaqlarından biri də Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasıdır. Yuxarıda qeyd etdiyim kimi yüksək ixtisaslı həkim və tibbi əməkdaşların çalışdığı bu tibb ocağanda xəstələrə xidmət göstərilməsi üçün hər cür şərait vardır.
Yüksək standartlara cavab verən bu xəstəxana geniş quruculuq və abadlıq işləri görülmüşdür. Xəstəxanada vətəndaşlara ən yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün hər cür zəruri şərait yaradılıbdır.

Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi Fuad bəy qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Fuad bəy səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi Fuad bəyə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Oxşar xəbərlər
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Texnologiya