Bizimhedef.az » dunya » Artıq ermənilər də Vardanyanı DIŞLAMAĞA BAŞLAYIB... - NƏ BAŞ VERİR?

Artıq ermənilər də Vardanyanı DIŞLAMAĞA BAŞLAYIB... - NƏ BAŞ VERİR?

  • 23-01-2023, 15:30
  • dunya
  • 178 663
Artıq ermənilər də Vardanyanı DIŞLAMAĞA BAŞLAYIB... - NƏ BAŞ VERİR?


Azərbaycan torpaqlarında 32-ci ildir fəaliyyət göstərən separatçı-terrorçu rejimin keçmiş qanunsuz "ərazi idarəetmə və infrastruktur naziri" Hayk Xanumyan keçmiş həmkarı, sabiq səhiyyə naziri Mikayel Hayriyanın postlarına qoşularaq öz "Facebook" səhifəsində hazırkı qondarma "dövlət naziri" Ruben Vardanyanın hərəkətləri və fəaliyyətini kəskin tənqid edib.

Moderator.az xəbər verir ki, bu haqda Ermənistan baş naziri N.Paşinyanın burbaşa kurasiyasında olan "Aykakan Jamanak" nəşri məlumat yayıb.

Sabiq "nazir" Vardanyanı "idarəçiliyə" xələl gətirməkdə və özünü tərifləməkdə ittiham edib.

"Əgər məmur problemləri həll etmək əvəzinə şou göstərir, mübarizə vəd edir, birliyə çağırırsa, deməli, o, islah olunmaz axmaqdır...

Əgər o, efirdə dövlət sirrini və ya dövlətin təhlükəsizliyini təhdid edən digər məlumatları dərc edirsə, o, cinayətkardır...

Cəmiyyət Artsaxı yalnız bir layihə kimi görən özünəvurğunların, şöhrətə meyilli adamların girovluğuna düşməməlidir”, - deyə H.Xanumyan çağırış edib.
Oxşar xəbərlər
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Texnologiya