Bizimhedef.az » dunya » Ərdoğan: "Bu, Rusiya-Ukrayna müharibəsinin sonu istiqamətində mühüm addımdır"

Ərdoğan: "Bu, Rusiya-Ukrayna müharibəsinin sonu istiqamətində mühüm addımdır"

  • 22-09-2022, 10:14
  • dunya
  • 187 999
Ərdoğan: "Bu, Rusiya-Ukrayna müharibəsinin sonu istiqamətində mühüm addımdır"


Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında həyata keçirilən əsir mübadiləsi müharibənin sona çatması istiqamətində mühüm addımdır.

Report xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında jurnalistlərə bildirib.

Ərdoğan Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə apardığı diplomatik iş nəticəsində dünən iki ölkə arasında 200 hərbi əsirin dəyişdirildiyini müsbət qiymətləndirib.

Türkiyənin dövlət başçısı Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olması üçün səylərin davam etdiyini bildirib.

Ərdoğan Vladimir Putin və Volodimir Zelenskiyə məhbus mübadiləsini həyata keçirdiklərinə görə təşəkkür edib.
Oxşar xəbərlər
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Texnologiya