Bizimhedef.az » hadise » Laçındakı erməni "izləri" zərərsizləşdirildi - FOTO

Laçındakı erməni "izləri" zərərsizləşdirildi - FOTO

  • 20-09-2022, 10:52
  • hadise
  • 141 033
Laçındakı erməni "izləri" zərərsizləşdirildi - FOTO


Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilərin və təminat yollarının mühəndis-istehkam bölmələrimiz tərəfindən təmizlənməsi prosesi davam edir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 19-da Böyük İşıqlı dağının şimal-şərq hissəsindəki dərə boşluğunda 2021-ci ildə Ermənistanda istehsal edilmiş növbəti 100 ədəd Э-001 М tipli piyada əleyhinə mina aşkar edilib.

Azərbaycan Ordusunun mühəndis istehkam-bölmələri tərəfindən aşkar olunan minalar təhlükəsizlik qaydalarına riayət olunmaqla ərazidən çıxarılıb.

Ərazidə mühəndis təminatı üzrə görülən işlər davam etdirilir.

Laçındakı erməni "izləri" zərərsizləşdirildi - FOTOLaçındakı erməni "izləri" zərərsizləşdirildi - FOTO
Oxşar xəbərlər
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Texnologiya