Bizimhedef.az » dunya » Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO

Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO

  • Сегодня, 10:16
  • dunya
  • 0
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasında səsləndirdiyi şeir ölkənin sabiq Baş naziri Binali Yıldırımı kövrəldib.
Türkiyə mətbuatı xəbər verir ki, Ərdoğan Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib.
Çıxışı zamanı Qəzzadakı vəziyyətə toxunan Türkiyə Prezidentinin fikirləri zalda alqışlarla qarşılanıb. Bu zaman İsrail nümayəndə heyətinin zalı tərk etdiyi müşahidə olunub.

Ərdoğan çıxışının sonunda türk şairi Sezai Karakoçun "Onlar elə bilirlər ki..." şeirindən parçalar səsləndirib. Şeirin oxunması zamanı zalda əyləşən Türkiyənin sabiq Baş naziri, Ərdoğanın ən yaxın silahdaşlarından olan Binəli Yıldırım duyğulanaraq göz yaşlarını saxlaya bilməyib.

Həmin anlar kameralara əks olunub. Ərdoğan şeiri tamamladıqdan sonra zalda yenidən alqışlar səslənib.
Oxşar xəbərlər
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Texnologiya