Bizimhedef.az » hadise » MN: "Təxribat məqsədilə Laçın ərazisində basdırılmış minalar aşkar edilib"

MN: "Təxribat məqsədilə Laçın ərazisində basdırılmış minalar aşkar edilib"

  • 19-09-2022, 13:12
  • hadise
  • 133 208
MN: "Təxribat məqsədilə Laçın ərazisində basdırılmış minalar aşkar edilib"


Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilər və təminat yolları Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təmizlənir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 18-də Böyük İşıqlı dağının şimal-şərq hissəsindəki dərə boşluğunda 122 ədəd 2021-ci ildə Ermənistanda istehsal edilmiş Э-001 М tipli piyada əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.

MN: "Təxribat məqsədilə Laçın ərazisində basdırılmış minalar aşkar edilib"MN: "Təxribat məqsədilə Laçın ərazisində basdırılmış minalar aşkar edilib"
Oxşar xəbərlər
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Texnologiya