Nadanlar əlindən çəkirik, ilahi! Əhəd Abıyev, ağrın, qadan Bayram Nurlunun ürəyinə dəysin!
Bu cahilləri hardan tapıb trolluğa cəlb edirlər? Heç olmasa, normal insanlardan yararlanın da!.. Niyə özünüzü belə gülünc vəziyyətə salırsız? Heç utanırsız? Gedin başqa sahələrdə bacarığınızı sınayın. Bəlkə orda sizə uyğun bir iş olar?! Həm də evinizə bir tikə halal çörək aparmış olarsız. Yoxsa 5-10 manata görə dəridən-qabıqdan çıxmağa dəyməz.
Deməli söhbət nədən gedir. Dünən "7GÜN XƏBƏR" səhifəsində Daşkəsən rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin "ekstrasens" Bayram Nurlu ilə münasibətləri barədə qısaca məlumat paylaşmışıq. Hələlik araşdırma aparıldığı üçün yazının ardını yaxın günlərdə paylaşacağımızı bildirmişik.
Kimlərsə özlərini Əhəd Abıyevə "şirin" göstərmək üçün bizim paylaşımın altına şərhlər yazırlar. Həmin şərhlərdən də görünür ki, çoxları da mövzunu anlamadan bunu edirlər. Ümid edirlər ki, "ayı xidməti"nə görə bəlkə Əhəd Abıyev onlara 5-10 manat pul verdi.
Bəziləri, hətta, yaltaqlığın ən pik nöqtəsi olaraq ünvanımıza aşağılayıcı və təhqiramiz sözlər də yazırlar. Heç şübhəsiz ki, onların cavabını veririk, verəcəyik də... Sadəcə belə iyrənc yollarla pul "qazanıb" ailə-uşağına yedizdirənləri başa düşmək bizə bir qədər çətin olur.
Mən, Masallı rayonundan olmasam da, ancaq bilirəm ki, Əhəd Abıyev deputat olduğu illərdə rayonun sosial-iqtisadi inkişafı üçün heç bir iş görməyib. Onun işi-gücü rayonda çaxnaşma yaradıb pul qazanmaq olub.
Düzdü, Əhəd Abıyevdən sonra Masallı rayonuna təyin edilmiş deputat Nəriman Əliyev də rayon üçün heç bir iş görmədi. O da səlahiyyətlərindən maksimum sui-istifadə edib imkanlarını artırdı. Özünə mal-mülk yığdı. Atasının adına küçə adı verdirdi və.s və.i.a
Ancaq deyilənə görə hazırki deputat Məhşur Məmmədov əvvəlki deputatlardan fərqlənir. O, müəyyən layihələrin icrasına öz töhfəsini verir. Rayonun sosial-iqtisadi inkişafı üçün əlindən gələni edir. Bunu rayon sakinləri deyir. Məhşur Məmmədovla bağlı bir qədər araşdırma apardıqdan sonra ətraflı yaza bilərik. Yəqin ki, tez bir zamanda bu barədə araşdırmanı təqdim edəcəyik.
Qaldı ki, Əhəd Abıyevə, bizim onunla heç bir ədavətimiz yoxdur. O, rüşvətxor və korrupsioner məmurlardan biri olduğu üçün digərləri kimi onun da barəsində bildiklərimizi yazırıq. Bu qədər...
P. S. "Biz hələ onda birin yazmamışıq, karinə bax!.." Allah sənə rəhmət eləsin, Mirzə Ələkbər Sabir!






























