Bizimhedef.az » medeniyyet » Amsterdamda 500 nəfər Röya Ayxanın adından edilən böyük dələduzluğun qurbanı oldu!

Amsterdamda 500 nəfər Röya Ayxanın adından edilən böyük dələduzluğun qurbanı oldu!

Amsterdamda 500 nəfər Röya Ayxanın adından edilən böyük dələduzluğun qurbanı oldu!


Amsterdamda Xalq artisti Röya Ayxanın adından təşkil edilən saxta konsertə 500-dən çox bilet satılıb.

Bu barədə Xalq artisti Röya Ayxan özü məlumat verib.

Sənətçi Amsterdamda yaşayan azərbaycanlılara müraciət edərək, onun adından yayılan konsert elanlarına inanmamağa çağırıb.

Röya Ayxan bildirib ki, saxta konsertə 500-dən çox biletin satılması onun bütün komandasını ciddi narahat edib:

"Amsterdamda yaşayan azərbaycanlılar. Əgər bir gün konsert edərəmsə, hələ ki buna hazırlaşmıram, mütləq öz səhifəmdə bunu paylaşaram. Bütün komandamız stressdədir. Çünki 500-dən çox bilet alınıb. Mən əminəm ki, siz o adamı tapacaqsınız və pullarınızı geri alacaqsınız. Bir də, biz hansı zamanda yaşayırıq ki, kiminsə kiminsə yerindən bilet satsın? Lap afişa qoyublar, görürsünüz ki, mənim səhifəmdə yoxdur. Niyə bilet alırsınız? Əgər mən bu haqda paylaşaramsa, ona inanın, paylaşmamışamsa, inanmayın".

Xatırladaq ki, bundan əvvəl Röya Ayxanın adından Niderlandın Amsterdam şəhərində saxta konsert afişaları hazırlanaraq sosial şəbəkələrdə yayılıb. Afişalarda sənətçinin 30 yanvar 2027-ci il tarixində Amsterdamda yerləşən "De Koning Saal"da konsert verəcəyi bildirilib. Afişalarda Röya Ayxanın fotolarından istifadə olunub, bilet sifarişi üçün isə əlaqə nömrələri yerləşdirilib.



Oxşar xəbərlər
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Texnologiya