Türkiyədəki seldə ölənlərin sayı artdı
- 19-10-2026, 12:31
- dunya
- 0

Türkiyədə son günlər müşahidə edilən güclü yağışdan sonra yaranan sel nəticəsində həlak olanların sayı 8-ə yüksəlib.
“TRT Haber” xəbər verir ki, itkin düşmüş şəxslərin cəsədinin tapılması ilə İstanbulda sel zamanı ölənlərin sayı 6-ya, Kocaelidə isə 2-yə çatıb.
İstanbulda itkin düşən daha bir nəfərin axtarışları davam etdirilir.
Xatırladaq ki, son günlər Türkiyənin müxtəlif bölgələrində müşahidə edilən leysan bir sıra fəsadlara səbəb olub.

































