Bizimhedef.az » dunya » ABŞ-də ibtidai məktəbə silahlı hücum - 3 şagird və 1 müəllim öldürüldü

ABŞ-də ibtidai məktəbə silahlı hücum - 3 şagird və 1 müəllim öldürüldü

  • 16-10-2026, 09:42
  • dunya
  • 0
ABŞ-də ibtidai məktəbə silahlı hücum - 3 şagird və 1 müəllim öldürüldü


ABŞ-nin Oreqon ştatının Bend şəhərində yerləşən “Silver Rail” ibtidai məktəbində dəhşətli silahlı hücum baş verib.

“İnsident nəticəsində 5, 8 və 11 yaşlarında olan üç şagird, eləcə də, bir müəllim həlak olub.

Hadisə zamanı 7 yaşlı bir uşaq və digər bir müəllim isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, məktəbin bağlı qapılarını sındıraraq içəri daxil olan şübhəlinin 16 yaşlı yeniyetmə olduğu müəyyən edilib.

Bend şəhərinin polis rəisi Mayk Krantz keçirdiyi mətbuat konfransında bildirib ki, hücumçu məktəbə daxil olarkən onu izləyən silahlı məhəllə sakini tərəfindən vurularaq öldürülüb. Oreqon qubernatoru Tina Kotek hadisəyə anında müdaxilə edərək daha böyük faciənin qarşısını alan həmin şəxsə qəhrəmanlığına görə təşəkkürünü bildirib.
Oxşar xəbərlər
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Texnologiya