Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
- Сегодня, 11:10
- iqtisadiyyat
- 0

Azərbaycanda 2 su elektrik stansiyası tikilir.
"Azərenerji" ASC "Çardaqlı-1" və "Çardaqlı-2" kiçik su elektrik stansiyaları (KSES) layihəsinin icrasına hazırlaşır.
Tikinti işlərini "BCC Group" QSC tərəfindən həyata keçiriləcək.
Layihə üçün 40 mln 831 min 331 manat ödəniş ediləcək.
Qeyd edək ki, KSES-lər Azərbaycanın Ağdərə rayonunda, Tərtərçayın üzərində inşa edilən yeni yaşıl enerji layihələridir.































