Bizimhedef.az » dunya » Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü

Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü

  • Сегодня, 09:50
  • dunya
  • 0
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü


Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronla bağlı açıqlamaları ilə tanınan jurnalist Nataşa Rey sentyabrın 13-də xərçəng xəstəliyindən vəfat edib.
Bu barədə fransalı jurnalist Ksavye Pussar "X" sosial şəbəkəsində paylaşım edib.

Pussar Nataşa Reyin Bricit Makron ətrafında yaranan qalmaqallı işin başlanğıcında rol oynayan şəxslərdən biri olduğunu bildirib.

Nataşa Rey Bricit Makronun cinsiyyəti ilə bağlı mübahisəli iddiaları ictimailəşdirdikdən sonra geniş tanınıb. Bu açıqlamalardan sonra Fransa Prezidentinin həyat yoldaşı jurnalistə qarşı məhkəməyə müraciət edib.

1970-ci il təvəllüdlü jurnalistə 2023-cü ildə xərçəng diaqnozu qoyulmuşdu.(publika)
Oxşar xəbərlər
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Texnologiya