Bizimhedef.az » siyaset » Türkiyədən yeni addım: Ermənistanla bağlı bəyanat dəyişdirildi

Türkiyədən yeni addım: Ermənistanla bağlı bəyanat dəyişdirildi

Türkiyədən yeni addım: Ermənistanla bağlı bəyanat dəyişdirildi


Türkiyə Xarici İşlər Nazirliyinin Ermənistanla bağlı yaydığı rəsmi bəyanatın mətnində dəyişiklik edilib.

Türkiyə XİN-in ilkin bəyanatında seçkilərdən sonrakı dövrdə Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasını mümkün edəcək şəraitin formalaşacağına ümid ifadə olunmuşdu.

İlkin variantda deyilirdi:

“Seçkilərdən sonrakı dövrdə Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasını mümkün edəcək şəraitin formalaşacağına ümid edirik”.

Sonradan isə bəyanatın mətni redaktə olunub və həmin hissə belə dəyişdirilib:

“Ümid edirik ki, seçkilərdən sonrakı dövrdə Ermənistan regionda sülh və normallaşma yolunda daha cəsarətli addımlar atacaq”.

Məlumata görə, yekun versiyadan erməni xalqına rifah və firavanlıq arzularını əks etdirən protokol xarakterli ifadələr də çıxarılıb.
Oxşar xəbərlər
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Texnologiya