Bizimhedef.az » bolge » Laçında kanat yolunun istifadəyə veriləcəyi tarix açıqlandı

Laçında kanat yolunun istifadəyə veriləcəyi tarix açıqlandı

  • 17-01-2026, 11:38
  • bolge
  • 119
Laçında kanat yolunun istifadəyə veriləcəyi tarix açıqlandı


Laçın şəhərində inşası nəzərdə tutulan yeni kanat yolu layihəsi üzrə isə işlər sürətlə davam etdirilir.

Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)- dan məlumat verilib.

Qurumdan bildirilib ki, kanat yolunun layihələndirməsi tamamlanıb.

"Obyektin bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Laçın kanat yolu şəhərin Bulvar ərazisində yerləşir və iki hissədən ibarət olacaq. Kanat yolunun hündürlüyü 300 metr, xəttinin uzunluğu isə 1720 metr olacaq, hərəkət müddəti 6 dəqiqə təşkil edəcək. Ümumilikdə 17 kabinədən ibarət kanat yolu saatda 800 sərnişinə xidmət edə biləcək. Kanat yolunun yerləşdiyi, uzunluğu 2 kilometrə yaxın olan Bulvar ərazisi bu gün həm yerli sakinlərin, həm də turistlərin sevimli məkanlarından biridir.
Oxşar xəbərlər
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Texnologiya