Bizimhedef.az » idman » Çempionlar Liqası: "Qarabağ" əsas mərhələdə ilk oyununa Portuqaliyada çıxacaq

Çempionlar Liqası: "Qarabağ" əsas mərhələdə ilk oyununa Portuqaliyada çıxacaq

  • 16-09-2025, 10:15
  • idman
  • 80
Çempionlar Liqası: "Qarabağ" əsas mərhələdə ilk oyununa Portuqaliyada çıxacaq


"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununa bu gün çıxacaq.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Portuqaliyada "Benfika"nın qonağı olacaq.

Qarşılaşma "Eştadiu da Luş" stadionunda, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi belçikalı FIFA referisi Erik Lambrexts olacaq.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

I tur

16 sentyabr

23:00. "Benfika" (Portuqaliya) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Erik Lambrexts.

Lissabon, "Eştadiu da Luş" stadionu

Qeyd edək ki, Azərbaycan çempionu II turda, oktyabrın 1-də Bakıda Danimarkanın "Kopenhagen" kollektivini qəbul edəcək.
Oxşar xəbərlər
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Texnologiya