Bizimhedef.az » idman » "Qarabağ" Çempionlar Liqasında növbəti oyununu bu gün keçirəcək

"Qarabağ" Çempionlar Liqasında növbəti oyununu bu gün keçirəcək

  • 5-08-2025, 10:47
  • idman
  • 86
"Qarabağ" Çempionlar Liqasında növbəti oyununu bu gün keçirəcək


"Qarabağ" klubu UEFA Çempionlar Liqasında növbəti oyununu bu gün keçirəcək.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv turnirin III təsnifat mərhələsində ilk oyununa çıxacaq.

Azərbaycan çempionu Şimali Makedoniyada yerli "Şkendiya" komandası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Görüşün baş hakimi slovakiyalı İvan Krujlyak olacaq.

Qeyd edək ki, avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq.
Oxşar xəbərlər
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Texnologiya