Bizimhedef.az » siyaset » İlham Əliyevi təbrik etdi

İlham Əliyevi təbrik etdi

İlham Əliyevi təbrik etdi


Qambiya Prezidenti Adama Barrou Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Məktubda deyilir:

“Zati-aliləri.

Müqəddəs Ramazan bayramı münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına Qambiya Respublikasının hökuməti və xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Qoy bu mübarək bayram Sizə, ailənizə və qardaş Azərbaycan xalqına bol ruzi-bərəkət, əmin-amanlıq, firavanlıq və mənəvi rifah gətirsin.

Ramazan bayramı mənəvi təfəkkür, sədaqət, şəfqət bayramıdır, eləcə də imanımızı gücləndirmək, Uca Yaradandan mərhəmət diləmək və bəşəriyyətə xidmət etmək öhdəliyimizi yeniləmək üçün mühüm məqamıdır. Bu müqəddəs bayram münasibətilə bütün müsəlman ümmətinə Allahın sonsuz mərhəmətini diləyirəm.

Zati-aliləri, Sizə ən xoş arzularımı bildirir, dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
Oxşar xəbərlər
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Texnologiya