Bizimhedef.az » hadise » Təyyarə Rusiyanın "Pantsir-S" raketi ilə vurulub

Təyyarə Rusiyanın "Pantsir-S" raketi ilə vurulub

  • 5-02-2025, 09:00
  • hadise
  • 37 682
Təyyarə Rusiyanın "Pantsir-S" raketi ilə vurulub


Dekabrda qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub.

Bu barədə "Reuters" agentliyi hökumətdəki mənbələrinə istinadən məlumat yayıb.

Məlumata əsasən, Azərbaycan hökumətindəki mənbə çərşənbə axşamı agentliyinə bildirib ki, dekabr ayında Rusiyadan Qazaxıstana yönləndirildikdən sonra qəzaya uğrayan Azərbaycan sərnişin təyyarəsi Rusiyanın "Pantsir-S" hava hücumundan müdafiə sistemi ilə vurulub.

"Azərbaycan tərəfində təyyarədən çıxarılan və beynəlxalq ekspertiza nəticəsində müəyyən edilmiş "Pantsir-S" raketinin fraqmenti var", - mənbə bildirib.

"Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Rusiyanın cənubundan Xəzər dənizi üzərindən marşrutunu dəyişərək Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub. (APA)
Oxşar xəbərlər
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Texnologiya