Bizimhedef.az » siyaset » İlham Əliyev Si Cinpini təbrik etdi

İlham Əliyev Si Cinpini təbrik etdi

İlham Əliyev Si Cinpini təbrik etdi


Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb.

“Məktubda deyilir:

“Hörmətli cənab Sədr,

Qarşıdan gələn Bahar bayramı münasibətilə Sizə və Sizin simanızda dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Çin təqvimi ilə yeni ilin qədəm basmasını qeyd edən, təbiətin oyanışının və həyatın yenidən canlanmasının rəmzi olan Çuntsze bayramının bütün xalqınıza xoş əhvali-ruhiyyə, bol ruzi-bərəkət və rifah bəxş etməsini arzulayıram.

Azərbaycan-Çin dövlətlərarası əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi məmnunluq doğurur. Biz Çin ilə sağlam təməllər üzərində qurulmuş, qarşılıqlı inam və etimada əsaslanan əməkdaşlığımızın hərtərəfli inkişafına böyük önəm veririk. Əminəm ki, dostluq münasibətlərimizin və qarşılıqlı fəaliyyətimizin xalqlarımızın iradəsinə uyğun olaraq daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Bu bayram münasibətilə bir daha Sizi ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və işlərinizdə uğurlar, dost Çin xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.
Oxşar xəbərlər
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Texnologiya