"Qarabağ"ın "Flamenqo"ya keçən hücumçusu Braziliyaya yollanıb
- 13-01-2025, 11:56
- idman
- 32 954

"Flamenqo"ya transfer olunan "Qarabağ"ın futbolçusu Olavio Juninyo Braziliyaya yollanıb.
Bu barədə "CNN Brasil" nəşri məlumat yayıb.
28 yaşlı hücumçunun bu gün Rio-de-Janeyroda olacağı gözlənilir. Amma forvard komandanın ABŞ-dəki mövsümöncəsi hazırlıq prosesinə qatılmayacaq və sözügedən şəhərdə məşq edəcək.
Qeyd edək ki, "Qarabağ" bu keçiddən 5 milyon avro qazanacaq. Olavio Juninyo 2023-cü ildən "köhlən atlar"ın formasını geyinir. Azərbaycan çempionatının və kubokunun qalibi olan forvard Ağdam klubunda 80 oyun keçirib, 42 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. /report































