Bizimhedef.az » dunya » Ankara Suriyadakı səfirliyinin fəaliyyətini bərpa etdi

Ankara Suriyadakı səfirliyinin fəaliyyətini bərpa etdi

  • 14-12-2024, 12:18
  • dunya
  • 62 731
Ankara Suriyadakı səfirliyinin fəaliyyətini bərpa etdi


Türkiyə 12 ildən sonra Suriyadakı səfirliyini yenidən bərpa edib.

Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan NTV-yə müsahibəsində deyib.

Nazir bildirib ki, Türkiyənin Dəməşqdəki səfirliyi dekabrın 14-də fəaliyyətini bərpa edəcək. "Artıq səfir və səfirlik heyəti bu gün Dəməşqə yola düşüb", - nazir bildirib.

Xatırladaq ki, Türkiyənin Suriyadakı səfirliyi 2012-ci ilin martında fəaliyyətini dayandırıb.
Oxşar xəbərlər
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Texnologiya