Bizimhedef.az » dunya » Pakistanda vağzalda partlayış - 21 ölü, 30 yaralı

Pakistanda vağzalda partlayış - 21 ölü, 30 yaralı

  • 9-11-2024, 10:02
  • dunya
  • 48 645
Pakistanda vağzalda partlayış - 21 ölü, 30 yaralı


Pakistanın Bəlucistan əyalətində yerləşən Kvetta şəhərində dəmiryol vağzalı yaxınlığında partlayış baş verib.

Bu barədə “Geo” telekanalı yerli mənbələrə istinadən məlumat yayıb.

Hadisə nəticəsində 21 nəfər ölüb, 30 nəfər yaralanıb. Partlayışın vağzalın kassasında qatarın gəlməsindən bir qədər əvvəl qeydə alındığı bildirilir.

Zərərçəkmiş şəxslər şəhər xəstəxanasına çatdırılıb. Xəstəxanaya əlavə həkim və yardımçı heyət cəlb edilib.

Kvettada fövqəladə vəziyyət elan edilib.

Polis hadisə ilə bağlı araşdırma aparır.
Oxşar xəbərlər
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Texnologiya