Bizimhedef.az » dunya » Türkiyə vətəndaşlığı almaq çətinləşir

Türkiyə vətəndaşlığı almaq çətinləşir

  • 23-07-2024, 11:09
  • dunya
  • 64 297
Türkiyə vətəndaşlığı almaq çətinləşir


Türkiyə vətəndaşlığı almaq proseduru çətinləşir.

“Cumhuriyet” xəbər verir ki, bu barədə məlumatı Əhali və Vətəndaşlıq Məsələləri üzrə Baş direktor İbrahim Taşyapan TBMM-in Xarici İşlər Komitəsində çıxışı zamanı açıqlayıb.

Onun sözlərinə görə, yeni qaydalara əsasən, vətəndaşlıq verilərkən şəxs barəsində həm Türkiyə polisi, həm Milli Kəşfiyyat Təşkilatı (MİT), həm də İnterpolun rəyi nəzərə alınacaq.

Bildirilir ki, İnterpoldan iki dəfə təsdiq gəlməzsə, vətəndaşlıq verilməyəcək.

Məlumata görə, bu tədbirlərin görülməsində məqsəd təhlükəsizlik risklərini minimuma endirməkdir.
Oxşar xəbərlər
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Texnologiya