Bizimhedef.az » dunya » Türkiyə Aİ-nin bir sıra ölkələrinə pilotsuz təyyarələr tədarük edəcək

Türkiyə Aİ-nin bir sıra ölkələrinə pilotsuz təyyarələr tədarük edəcək

  • 22-07-2024, 09:11
  • dunya
  • 83 084
Türkiyə Aİ-nin bir sıra ölkələrinə pilotsuz təyyarələr tədarük edəcək


Avropa İttifaqının bir neçə Aİ ölkəsi Türkiyəyə pilotsuz uçuş aparatları (PUA) sifariş edib.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Qərb ölkələri indi bizim pilotsuz uçuş aparatlarımız üçün bir-birinin ardınca sifarişlər verirlər”, - dövlət başçısı vurğulayıb.

Ərdoğan konkret dövlətlərin adını çəkməsə də, qeyd edib ki, söhbət Avropa İttifaqı ölkələrindən gedir.

Bundan əvvəl Türkiyənin "Baykar" şirkətinin baş direktoru Haluk Bayraktar Kiyev yaxınlığında pilotsuz uçuş aparatları istehsal edəcək zavodun tikintisinə başlanıldığını açıqlamışdı.
Oxşar xəbərlər
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Texnologiya