Bizimhedef.az » siyaset » İlham Əliyev Pakistana dövlət səfərinə gəlib

İlham Əliyev Pakistana dövlət səfərinə gəlib

  • 11-07-2024, 14:19
  • siyaset
  • 120 709
İlham Əliyev Pakistana dövlət səfərinə gəlib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Pakistan İslam Respublikasına dövlət səfərinə gəlib.

Azərbaycan Prezidentinə xüsusi hörmət əlaməti olaraq dövlətimizin başçısının təyyarəsini Pakistanın hava məkanında bu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri qarşılayıb və enənədək müşayiət edib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidentinin şərəfinə toplardan yaylım atəşi açıldı.

Prezident İlham Əliyevi Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif qarşıladı.

Sonra Azərbaycan Prezidenti və Pakistanın Baş naziri görüşdülər.
Oxşar xəbərlər
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Texnologiya