Bizimhedef.az » hadise » Hacıqabulda kəndi su basdı, sakinlər təxliyə edildi - Video

Hacıqabulda kəndi su basdı, sakinlər təxliyə edildi - Video

  • 28-06-2024, 11:07
  • hadise
  • 70 519
Hacıqabulda kəndi su basdı, sakinlər təxliyə edildi - Video


İntensiv yağışlar nəticəsində Pirsaat çayının Hacıqabul rayonunun Qubalıbaloğlan kəndindən keçən hissəsinə sel gəlib, bəzi ərazilər subasmaya məruz qalıb. Nəticədə ərazidə yaşayan vətəndaşlar köməksiz vəziyyətdə qalıblar.

Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, nazirliyin “112” qaynar xəttinə daxil olan məlumatla əlaqədar FHN-in Mülki müdafiə qoşunları və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün əraziyə cəlb olunub.

Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdə köməksiz vəziyyətdə qalan vətəndaşlar təxliyə edilib.

Həmçinin, Mülki müdafiə qoşunları tərəfindən çayın kənd ərazisindən keçən hissəsində zəruri olan yerlərdə bəndbərkitmə işləri həyata keçirilir.



Hacıqabulda kəndi su basdı, sakinlər təxliyə edildi - VideoHacıqabulda kəndi su basdı, sakinlər təxliyə edildi - VideoHacıqabulda kəndi su basdı, sakinlər təxliyə edildi - Video
Oxşar xəbərlər
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Texnologiya