Bizimhedef.az » dunya » İranın bu addımı Qərbdə müsbət qarşılanacaq – The Wall Street

İranın bu addımı Qərbdə müsbət qarşılanacaq – The Wall Street

  • 27-02-2024, 10:16
  • dunya
  • 54 915
İranın bu addımı Qərbdə müsbət qarşılanacaq – The Wall Street


2023-cü ilin oktyabr ayının sonundan etibarən İran 60 faiz zənginləşdirilmiş uran ehtiyatını 6,8 kq azaldaraq 121,5 kq-a endirib.

Bu barədə “The Wall Street Journal” MAQATE-nin məxfi hesabatına istinadən məlumat yayıb.

Qəzet yazır ki, “sürpriz addım, çox güman ki, İranın yüksək dərəcədə zənginləşdirilmiş nüvə yanacağı yaratmasından təşvişə düşmüş Qərb ölkələri tərəfindən müsbət qarşılanacaq”.

Tehranın 2021-ci ildə uranı 60%-ə qədər zənginləşdirməyə başladıqdan sonra ilk dəfə olaraq ehtiyatını azaltdığı bildirilir.

İranın hələ də “təxminən üç nüvə silahı hazırlamaq üçün” kifayət qədər materiala malik olduğu bildirilir.
Oxşar xəbərlər
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Texnologiya