Bizimhedef.az » Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı yaradılıb -Fotolar

Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı yaradılıb -Fotolar

  • 29-09-2023, 15:58
  • ---
  • 68 980
Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı yaradılıb -Fotolar


Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqının (ASİHİ) təsis qurultayı keçirilib. Öncə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

aia.az xəbər verir ki, gündəliyə “Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqının təsis edilməsi”, Nizamnaməsinin təsdiqi”, “Sədrin seçilməsi”, Məclis üzvlərinin təsdiqi”, “Təftiş komissiyasının seçilməsi” və digər təşkilati və cari məsələlərin daxil edildiyi diqqətə çatdırılıb.
Gündəliyə çıxarılan məsələlər ətrafında müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib, qurultay iştirakçılarının səsverməsi ilə müvafiq qərarlar qəbul olunub.
Belə ki, səsçoxluğu ilə Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı yaradılıb və Fuad Məmmədov İttifaqın sədri seçilib. Həmçinin qurumun Nizamnaməsi, Məclis və Təftiş komissiyasının üzvləri təsdiqlənib.
Eləcə də Qurultay iştirakçıları Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqının Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına üzv olması barədə qərar qəbul ediblər.
Tədbirdə iştirak edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev yeni təsis olunan ASİHİ-yə fəaliyyətində uğurlar arzulayıb, bir sıra tövsiyələr verib.

Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı yaradılıb -FotolarAqrar Sahə İşçiləri Həmkarlar İttifaqı yaradılıb -FotolarAqrar Sahə İşçiləri Həmkarlar İttifaqı yaradılıb -FotolarAqrar Sahə İşçiləri Həmkarlar İttifaqı yaradılıb -FotolarAqrar Sahə İşçiləri Həmkarlar İttifaqı yaradılıb -FotolarAqrar Sahə İşçiləri Həmkarlar İttifaqı yaradılıb -FotolarAqrar Sahə İşçiləri Həmkarlar İttifaqı yaradılıb -Fotolar
Oxşar xəbərlər
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Texnologiya