Bizimhedef.az » dunya » Paşinyan koalisiya yaratmaq və günahkarları cəzalandırmaq istəyir

Paşinyan koalisiya yaratmaq və günahkarları cəzalandırmaq istəyir

  • 19-09-2023, 11:00
  • dunya
  • 103 469
Paşinyan koalisiya yaratmaq və günahkarları cəzalandırmaq istəyir


Ermənistan baş naziri Nikol Paşinyan İrəvandakı seçkilərin uğursuzluğuna görə məsuliyyət daşıyanları cəzalandırmaq istəyir.

Bu barədə erməni nəşri “Joxovurd” yazır və "Vətəndaş müqaviləsi”nin İdarə Heyətinin dünənki iclasının qızğın keçdiyini qeyd edir.

Bildirilir ki, partiya üzvləri uğursuzluğa görə bir-birlərini günahlandırıblar:

“Paşinyan hesab edir ki, uğursuzluğa səbəb silahdaşlarının hərəkətsizliyi olub. Partiya səhv kadr siyasətinin aparıldığına qərar verib. Beləliklə, yaxın gələcəkdə bir sıra istefalar gözlənilir. Bu arada hakimiyyət öz namizədinə mer postunu təmin etmək üçün “Respublika” partiyası ilə koalisiya yaratmaq imkanını müzakirə edir”, – qəzet yazır.
Oxşar xəbərlər
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Texnologiya