Bizimhedef.az » siyaset » Rusiya Qızıl Xaç Cəmiyyətinin yük avtomobili Xankəndiyə yola düşüb - VİDEO

Rusiya Qızıl Xaç Cəmiyyətinin yük avtomobili Xankəndiyə yola düşüb - VİDEO

  • 12-09-2023, 09:22
  • siyaset
  • 108 146
Rusiya Qızıl Xaç Cəmiyyətinin yük avtomobili Xankəndiyə yola düşüb - VİDEO


İki gündür keçidi ləngidlən Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yükün Xankəndiyə keçidi baş tutub.

Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə, ümumilikdə 1 TIR ərzaq yükü artıq Ağdam rayonundan keçərək Xankəndiyə doğru hərəkət edib.

Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə, ümumilikdə 1 TIR ərzaq yükü artıq Ağdam-Əsgəran-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunundan keçərək Xankəndiyə gedib.

Oxşar xəbərlər
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Texnologiya