Bizimhedef.az » siyaset » Bakıdan erməniəsilli şəxslərə yardım aparan TIR-lar Ağdam-Xankəndi yolunda gözləyir

Bakıdan erməniəsilli şəxslərə yardım aparan TIR-lar Ağdam-Xankəndi yolunda gözləyir

  • 30-08-2023, 13:29
  • siyaset
  • 115 989
Bakıdan erməniəsilli şəxslərə yardım aparan TIR-lar Ağdam-Xankəndi yolunda gözləyir


Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola salınan humanitar yardım karvanı hələ də Ağdam-Xankəndi yolundadır.

Bu barədə “Report”un əraziyə ezam olunmuş əməkdaşı xəbər verir.

Belə ki, içərisində 40 ton un olan iki TIR dünəndən etibarən Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.

Ərazidə olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər.
Oxşar xəbərlər
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Texnologiya